“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Mərkəzi Asiya və Cənubi Qafqazı Qərblə birləşdirəcək”.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bişkekdə keçirilən “B5+1” biznes forumunda çıxışı zamanı ABŞ Prezidentinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Sercio Qor bildirib.
Onun sözlərinə görə, bu, regionda bir-birilə əlaqəli güclü iqtisadiyyatların yaradılması və dayanıqlı sülhün dəstəklənməsi yolunda tarixi addımdır.
“Ermənistan və Azərbaycanı birləşdirən tarixi sülh sammitindən sonra biz “Tramp Marşrutu”nu (TRIPP) təşviq etməyə davam edirik. Bu marşrut Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitəsilə və daha sonra Qərbə doğru birbaşa nəqliyyat əlaqəsini təmin edəcək”, - Qor deyib.
ABŞ Prezidentinin nümayəndəsi yeni nəqliyyat dəhlizinin regionda iqtisadi inteqrasiyaya və sabitliyə töhfə verəcəyini qeyd edib. Qor həmçinin Mərkəzi Asiyanın Tramp administrasiyası üçün strateji əhəmiyyətə malik olduğuna diqqət çəkib.
Son xəbərlər
Son Xəbərlər