Türkiyə 24 il sonra DÇ-yə gedir?

turkiye-24-il-sonra-dc-ye-gedir
Oxunma sayı: 1552

Bu gün 2026-cı ildə keçiriləcək dünya çempionatında Avropa zonasından son iştirakçıların adına aydınlıq gələcək.

“Qafqazinfo” xəbər verir ki, 24 il sonra mundialda iştirak etmək istəyən Türkiyə yığması da pley-off-da final matçına çıxacaq. 

“Ay ulduzlular” səfərdə Kosovanın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Türkiyə sonuncu dəfə 2002-ci ildə DÇ-də iştirak edib.