“Türkiyə ilə konkret addımlar atmaq zərurəti yetişib”

turkiye-ile-konkret-addimlar-atmaq-zerureti-yetisib
Oxunma sayı: 448

“Ermənistanla Türkiyə arasındakı münasibətlərdə təkcə simvolik deyil, həm də konkret addımlar atmaq zərurəti yetişib”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə danışıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi Ankaranın gələn il İrəvanla münasibətlərin normallaşması prosesində simvolik addımlar atacağı barədə açıqlamasına münasibət bildirən Paşinyan deyib:

“Türkiyənin buna hazır olmasını alqışlayıram. Səmimi deyirəm, tərəflər arasında dialoqumuzun səviyyəsi elə həddə çatıb ki, biz nəinki simvolik, həm də konkret və geniş addımlar atmalıyıq”.