Türkiyədə ağır yol qəzası - 5 ölü, 10 yaralı

turkiyede-agir-yol-qezasi
Oxunma sayı: 1923

Türkiyədə bir neçə nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, hadisə Tekirdağ-Çerkezköy avtomobil yolunda qeydə alınıb.

Belə ki, sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 5 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Qəzaya görə Tekirdağ-Çerkezköy quru yolu nəqliyyata bağlanıb.