Türkiyədə FETÖ işinə görə 445 polis vəzifəsindən uzaqlaşdırıldı

turkiyede-feto-isine-gore-445-polis-vezifesinden-uzaqlasdirildi
Oxunma sayı: 2876

Türkiyədə FETÖ ilə əlaqədə olduğu üzə çıxan 445 polis vəzifəsindən uzaqlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb. 

O bildirib ki, bu məsələdə təhlükəsizlik tədbirləri ilə bağlı bütün elektron materiallar araşdırılıb:

“Nəticədə FETÖ ilə əlaqəsi olduğu müəyyən edilən 445 polis vəzifəsindən uzaqlaşdırılıb. Bu şəxslərə qarşı inzibati istintaq başladılıb. Biz terror təşkilatlarına qarşı mübarizəmizi dayanmadan və tərəddüd etmədən davam etdirəcəyik”.