Türkiyədə fırtına həyatı iflic etdi - 3 nəfər öldü - Fotolar

turkiyede-firtina-heyati-iflic-etdi
Oxunma sayı: 2010

Türkiyədə davam edən fırtına insan tələfatına səbəb olub. 

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölkənin müxtəlif bölgələrində 3 nəfər həyatını itirib.

Belə ki, Bursada güclü küləyin divarı aşırması, Aksarayda isə damın uçması səbəbindən iki nəfər vəfat edib. Aydın şəhərində isə dənizə düşən şəxsin həyatını xilas etmək mümkün olmayıb. 

Təbii fəlakət İstanbulda da həyatı iflic edib. Məlumata görə, şəhərin bəzi yerlərində küləyin sürəti 75-80 km/saata çatır.