Türkiyədə saxlanılanların sayı 41 nəfərə çatdı - Yenilənib

turkiyede-saxlanilanlarin-sayi-41-nefere-catdi
Oxunma sayı: 5963

Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dağılan binalardakı nöqsanların müəyyən edilməsi ilə bağlı Şanlıurfa Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq davam edir.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, dağılan binalarla bağlı tikinti qüsurları və sütunların kəsilməsi iddiaları ilə bağlı aralarında podratçı şirkətlərin də olduğu 8 nəfər saxlanılıb.

Hazırda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir, saxlanılanların artacağı istisna olunmur.

***

Türkiyənin Diyarbakır, Qaziantep və Şanlıurfa əyalətlərində zəlzələ zamanı uçan binalarla bağlı 41 nəfər saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Hazırda araşdırmalar davam edir.