“Türkiyənin danışıqlar masasında olması Ermənistan üçün də əlverişli olardı”

turkiyenin-danisiqlar-masasinda-olmasi-ermenistan-ucun-de-elverisli-olardi
Oxunma sayı: 1235

“Türkiyə bölgənin ən önəmli ölkələrindən biridir və prosesə birbaşa aidiyyəti olmayan üçüncü ölkələrdən fərqli olaraq Cənubi Qafqazda, regionda sabitliyin inkişafında maraqlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransı zamanı Türkiyənin Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına necə töhfə verə biləcəyi ilə bağlı suala cavab verərkən deyib.

“Türkiyənin danışıqlar masasında olması Ermənistan üçün də əlverişli olardı. Hazırda qərar Ermənistan tərəfindədir. Azərbaycan Türkiyənin bu prosesdə rolunun daha çox olmasını alqışlayır”, - C. Bayramov qeyd edib.

Günel İbrahimova