“Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyilik”

ukrayna-meselesinde-rusiyanin-muttefiqi-deyilik
Oxunma sayı: 2193

“İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyada erməni diasporunun nümayəndələri ilə görüşündə deyib. 

“Mən çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu bizim səmimi mövqeyimizdir. Bu vəziyyətə təsir edə bilməməyimiz bizim üçün çox ağrılıdır. Ukrayna xalqı bizim üçün dost xalqdır”, - deyə Paşinyan qeyd edib.