Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasiliy Malyuk vəzifəsindən ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Bununla belə, Malyuk Təhlükəsizlik Xidməti sistemində xüsusi əməliyyatları icra etməyə davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, Ukrayna mediası yanvarın 3-də ölkə Prezidenti Volodimir Zelenskinin V.Malyukla görüşdüyünü və ondan istefa ərizəsi yazmasını istədiyi barədə məlumat yaymışdı. Malyukun bu zaman Zelenskinin tələbindən imtina etdiyi və Ali Rada vasitəsilə vəzifəsindən uzaqlaşdırılmasını təklif etdiyi bildirilirdi.
Son xəbərlər
Son Xəbərlər