Ukraynada helikopter qəzası - 18 ölü, 26 yaralı - Yenilənib

ukraynada-helikopter-qezasi
Oxunma sayı: 4370

Kiyev vilayətinin Brovarı şəhərində helikopter uşaq bağçasının ərazisində qəzaya düşüb.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, qəzadan sonra bağçanın binasında yanğın baş verib.

Hadisə nəticəsində 5 nəfər həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb.

Qəza zamanı binada uşaq və müəllimlərin olduğu bildirilir.

***

Qəza nəticəsində helikopterdə olan Ukraynanın DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olublar.

***

Ukrayna Milli Polisinin məlumatına görə, qəza nəticəsində 2-si uşaq olmaqla 16 nəfər həlak olub. Daha 22 nəfərin isə yaralandığı qeyd olunur. Ölənlərdən 9-nun helikopterin göyərtəsində olduğu bildirilir. 

***

Bununla yanaşı, qəzada DİN-in dövlət katibi Yuri Lubkoviç də həlak olub.

***

Qəza nəticəsində ölənlərin sayı 18-ə yüksəlib, onlardan 3-ü uşaqdır. Daha 26 nəfər xəsarət alıb. Onların 12-si uşaqdır. 

***

Ukrayna DİN qəzanın mümkün səbəblərini açıqlayıb.

Bunlar sırasında isə helikopterdə nasazlığın olması, təhlükəsizlik tədbirlərinin pozulması və təxribat variantları var.