Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində bildirilir.
Hava hücumu xəbərdarlığı Moskva vaxtı ilə saat 16:44-də elan olunub və hələ də davam edir.
Ölkənin bütün bölgələrində həyəcan siqnalı səsləndirilməsinin səbəbi açıqlanmayıb.