ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin sentyabrın 5-6-da Moskva və Kiyevə səfərləri planlaşdırılsa da, Ukraynaya səfər baş tutmaya bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kyiv Independent” nəşri mənbələrə istinadən məlumat yayıb.
Vəziyyətlə tanış olan bir neçə mənbənin sözlərinə görə, ilkin olaraq, Uitkoff və Kuşner Ukrayna paytaxtına təyyarə ilə səfər etməyi planlaşdırıblar. Lakin hazırda bu plan sual altına düşüb, çünki logistik çətinliklər səfərin vaxtına təsir edə bilər.
Nəşr yazır ki, Kiyevin hava məkanı bağlı olduğundan Uitkoff bura qatarla səfərdən narahatlıq hissi keçirir.
Xatırladaq ki, daha əvvəl ölkənin siyasi dairələrindəki mənbələrə istinad edən Ukraynanın TSN telekanalı Uitkoff və Kuşnerin Kiyevə gözlənilən səfərlərini təsdiqləmədikləri barədə xəbər paylaşıb.
Son xəbərlər
Son Xəbərlər