Uşaqbazı maşınında öldürdülər- - Maştağada+Video

usaqbazi-masininda-oldurduler-
Oxunma sayı: 12087


“Qafqazinfo” xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, Maştağa qəsəbəsində Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus “AzSamand” markalı avtomobildən üzərində kəsilmiş-deşilmiş bıçaq xəsarətləri olan meyit aşkar olunub.

Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində qətlə yetirilən şəxsin Bakı şəhər sakini, əvvəllər CM_nin uşaqbazlıq  və narkotik vasitələrdən istifadə etmə maddəsi ilə məhkum olunmuş 1959-cu il təvəllüdlü Rauf Mikayıl oğlu Əliyev olduğu məlum olub.

Hadisədə şübhəli bilinən Yusif adlı şəxsin tutulduğu bildirilir. Soyadı hələ dəqiqləşdirilməyən Yusif də əvvəllər məhkum olunub. Qətl hadisəsi söyüş üstündə baş verib.