Gecə enurezi
ENUREZ (gecə enurezi, yuxuda sidikqaçırma, gecələr sidiyi saxlaya bilməmək, qeyri – iradi sidik ifrazı, inkontinens və s.) ən çox yayılmış xronik xəstəliklərdəndir. Həyat üçün təhlükə törətməsə də, uşaqlara və gənclərə mənəvi əzab verərək, sinir sistemini pozur, onlar həyatda layiq olduğu yeri tuta bilmir, yaş artdıqca kişilərdə impotensiyaya, qadınlarda isə dərin psixi pozğunluqlara gətirib çıxarır.
Enurez nədir? ENUREZ – uşağın inkişaf yaşına uyğun olmayan, uzun müddət davam edən hal olub, yuxuda ikən yerinə sidik buraxmasıdır. Uşağın inkişaf yaşı dedikdə qızlarda 4 yaş, oğlanlarda 5 yaş nəzərdə tutulur. Belə ki, Uşaq enurezi üzrə Beynəlxalq Elmi Cəmiyyət belə qəbul edib ki, əgər 4 (və ya 5) yaşını tamam eləmiş uşaq yuxuda ikən sidik buraxmaqda davam edirsə, bu ENUREZDIR və müalicəyə başlanılmalıdır. Gecə enurezinin müalicəsi aylarla, bəzən illərlə çəkə bilər. Cəmiyyət üçün kiçik olan bu problem, enurezli uşaq və gənclər, həmçinin onların ailəsi üçün çox böyük bir problemdir. Enurez həm də çox zaman kədərli həyat tarixçələri, ailə dramı deməkdir. Ailələrdə konfliktli situasiyaların yaranmasına səbəb olan bu xəstəlik üzündən bir çoxları vaxtında ailə qura bilmirlər, yaxud qurulmuş ailə enurez üzündən dağılır. Enurezin nevrotik pozuntularda, sonsuzluqda və cinsi zəiflikdə (impotensiyada) rolunun sübut olunması, onu tibbi-sosial problemə çevirmişdir. Belə xəstələr həmişə qorxu hissi ilə yaşayır : • Valideynlər tərəfindən cəzalandırılmaq, yaxuq günahlandırılmaq hissi; sorğular nəticəsində müəyyənləşdirilib ki, hər 3 ailədən birində enurezə görə valideyinlər uşaqları cəzalandırır. • Dostlarının, məktəb yoldaşlarının xəbər tutmasından qorxu hissi; • Bacı, yaxud qardaşdan tənə hissi, aşağılanmaq hissi; • Qonaq getməyə, səyahətə çıxmağa qorxurlar; • Sağalmamaq qorxusu - bir neçə dəfə uğursuz müalicə olmuşlar isə sağalmağa inamı itirir. • Belə uşaqların və gənclərin özünə hörmət hissi, inam hissi azalır. Nüfuzlu elmi - tədqiqat institutlarının məlumatlarına görə 5 yaşında uşaqların azı 20%-i, 18 yaşlı uşaqların isə 2,3%-ə qədəri enurezdən əziyyət çəkir. Göründüyü kimi, bunlar çox ciddi rəqəmlərdir. Bu o deməkdir ki, təkcə bizim ölkədə azyaşlılar bir yana, 15 yaşını keçmiş minlərlə enurezli xəstə var. Bu fakt bizim tərəfimizdən də təsdiq edilir: belə ki təkcə Real Tibb Mərkəzində hər il 18 yaşını ötmüş 100-lərlə enurezli oğlan və qız müalicə alır). Enurezin səbəbləri çox müxtəlifdir. Enurez - polietioloji xəstəlikdir - yəni bir səbəbdən deyil, bir neçə səbəbin üst-üstə düşməsidən əmələ gəlir. Bunlara aiddir: - irsi amillər. - mərkəzi sinir sisteminin inkişafının ləngiməsi (sidik kisənin dolduğunu MSS hiss etmir). - onurğa beyninin inkişaf qüsuru (spina bifida). - anti-diuretic hormone (ADH) production çatışmazlığı. - sidik cinsiyyət sistemin anadan gəlmə anomaliyaları (sidik kisənin normadan kiçik olması) - uşağın həyatında stress vəziyyətləri - sidik ifrazı sistemin infeksiyaları və iltihabi xəstəlikləri - uşaq bezi (pampers) forması – uşaqlara düzgün sidik vərdişləri əvəzinə uşaq bezindən izafi istifadə. Bunların içərisində isə əsas səbəblər anadangəlmə inkişaf ləngiməsi və qüsurlarıdır; xəstəliklər səbəbindən olan enurezlər kiçik bir qisimdir. Kəskin tənəffüs infeksiyaları, soyuqdəymə enurezi kəskinləşdirən amillərdən sayılır. Uşağın həyatında stress vəziyyətləri də xəstəliyi kəskinləşdirə bilər. Enurez müalicəsiz qaldıqda ən çox rast gəlinən ağırlaşmaları: • cinsi zəiflikdən (impotensiyadan) və sonsuzluqdan əziyyət çəkənlərin 15-20 %-i haçansa enurezi olub müalicə almayanlardır! • dərin psixi pozğunluqlar • sidik-cinsiyyət sisteminin xronik xəstəlikləri • infeksiyalara qarşı zəif müqavimət • cinsi funksiya pozulmaları • cəmiyyətlə adekvat ünsiyyətin (inteqrasiyanın) çətinliyi
Enurezlə bağli miflər (yanlış fikirlər) və həqiqətlər: Enurezin diaqnostikası və müalicəsi ilə bağlı mühüm problemlərdən biri xəstəlik haqqında cəmiyyətdə və hətta tibb nümayəndələri arasında uzun illər formalaşmış yanlış fikirlər və ya sistemli səhvlərdir. Bunların bir neçəsinə aydınlıq gətirək.
1. Enurez yetkinlik yaşında özbaşına sağalan xəstəlikdir. Səhvdir və zərərli fikirdir. Bu ehtimal cəmi 15-20%-dir və gözləmə taktikası acı nətıcələr verə bilər. 1- cisi, enurez adətən bir neçə orqanda nasazlığın nəticəsidir – sinir sistemi, sidik kisəsi, cinsiyyət orqanları və s. Müəyyən yaşda sidiyi saxlaya bilməmək keçərsə, bu vaxt orqanizmin nasazlıqları hamısı keçmir, bu isə sonradan ağır nəticələr verə bilər. Məsələn, sonsuzluqla və cinsi zəifliklə ilə üzləşən xəstlərin əhəmiyyətli bir qismi haçansa enurezi olub yaxşı müalicə almayanlardır. 2-cisi, adamlarda yalnız sagalan uşaqlar haqqında məlumat olur, sagalmayan 18-20 yaşlı gənc oğlan və qızın valideynləri bu barədə axı heç kimə məlumat vermir və çoxları da bilmir ki, bu gün Azərbaycanda yaşı 15-i keçib enurezi davam edənlər ən azı bir neçə min nəfərdir. Təkcə Real tibb mərkəzində indiyədək yaşı 18-dən yuxarı 100-lərlə enurezli oğlan və qız müalicə almışdır..
2. Dərin yuxu enirezin səbəbidir. Səhvdir və zərərli fikirdir. 1-cisi, heç bir tədqiqat bu fikri təsdiq etməyib. Bu səbəbdəndir ki, Uşaq enurezi Üzrə Benəlxalq Cəmiyyət belə hesab edir ki, enurezlə əsasən (bəzi hallar istisna olmaqla) nervpatoloqlar deyil, pediatr və uroloqlar məşğul olmalıdır! Enurezli və enurezsis uşaqlar hamısı dərin yatır, - bu uşaq orqanizminin və sinir sisteminin normal, böyüklərdən fərqli halıdır. 2-cisi: hər kəs təsdiq edər ki, o qədər fantastik dərəcədə dərin yatan adamlar tanıyırıq ki, heç biri yerinə sidik buraxmır! Qeyd oluduğu kimi, səhvdir və çox zərərli fikirdir! Nədir bu fikrin zərəri: 20 ildən artıq müddət ərzində müalicə üçün bu yazının müəllifinə müraciət etmiş valideynlər, əvvəllər başqa yerlərdə müalicə almış minlərlə enurezli xəstənin demək olar ki, hamısı bu fikrə - yəni “Dərin yuxu enirezin səbəbidir” fikrinə əsasən uşağı ayıq yatmağa məcbur etmək məqsədilə aylarla antideppesant təsirli dərmanlar (melipramin və s.) veriblər - heç bir faydası olmayıb! Amma antideppressanlar xəstəyə sağalmaz yaralar vurub, əsəblər pozulub, qara ciyər əziyyət çəkib və s. Dərin yuxu enirezin səbəbi deyil və bunlar qeyri professional söhbətlərdir.
3. Uşağı gecələlər oyatmaq və zəngli saat metodu. Bunların xüsusə azyaşlı uşaqlar üçün ziyanı faydasından daha çoxdur - təcrübədə bu üsulla uşağını müalicə etdirib sağaltmış valideynə rast gəlmək mümkün deyil. Gecələlər oyatmaq və Zəngli saat təcrübəsi effekt vermir və sinir sisteminə islaholunmaz ziyan vurur. Gecələr 1 dəfə uşağın oyanması yaşlı adamın 9-10 dəfə oyanması qədər əziyyətvricidir. Bundan daha asan və faydalısı uşaqlara yatmağa yaxın 3-4 saat ərzində maye qəbuluna qadağa qoymaqdır.
4. Gecələr sidik ifrazını azaldan hormonal dərmanların tətbiqi. Antidiuretik preparatlar, daha doğrusu desmopressinin burun damcısı, yaxud tablet formaları əsasən şəkərsiz diabet xəstələri üçündür. Enurezdə bu dərmanlar çox nadir hallarda işlədilə bilər, lakin bunu əsaslandırmaq üçün vazopresinin gecə vaxtı azalması analizlə sübut edilməlidir. Əks halda bu dərmanın təyini qadağandır və hətta həyat üçün təhlükə yarana bilər.
5. Uşaq bezlərindən lüzumsuz istifadə . Bu, müalicəni yubandıran əsas səbəblərdir. Uşaq bezləri yalnız xüsusi hallarda istifadə üçündür. Uşaqların düzgün, sağlam tərbiyəsi, sidik ifrazı vərdişlərinin öyrədilməsi əvəzinə uşaq bezindən izafi istifadə ona gətirib çıxarıb ki, nəinki birincili (anadangəlmə) enurezlərin müalicəsini çətinləşdirir, hətta ikincili enurez yaradır ki, artiq bu ekspertlər tərəfindən enurezin yeni forması kimi – uşaq bezi enurezi kimi təsnif olunur.
Enurezin müalicəsi
Müalicəyə nə vaxt başlamali? - gecə enurezi ilə bağlı ən mübahisəli suallardan biri budur. Bu sualın cavabı xəstələr və valideynlər üçün mübahisəli olanda onları başa düşmək olar – tibblə əlaqəsi olmayan tanış - bilişləri valideynlərə tələsməməyi məsləhət görür, üz tutduğu müxtəlif ixtisaslı həkimlər isə müxtəlif yaş göstərir. Amma istənilən cavab əsaslandırılmalıdır. Avropa və Amerikanın nüfuzlu Elmi Tədqiqat institutlarının və Uşaq enurezi Üzrə Benəlxalq Cəmiyyətin, habelə Enurez Üzrə Avropa Cəmiyyətin göstərişlərinə görə enurezin müalicəsinə ən geci qızlar üçün 4, oğlanlar üçün 5 yaşında başlanılmalıdır. Uşaqlarda 4-5 yaşında həm gündüz, həm də gecə sidiyi saxlama qabiliyyəti formalaşmalıdır, əks halda bu xəstəlik hesab edilməlidir və xəstəliyin səbəbini axtarmaq lazımdır. Fərqli fikirlər də var, amma əksər mütəxəsislər bunu ən düzgün qəbul edir. Enurez müalicəsinin hamı üçün məqbul vahid rasepti yoxdur. Bu çox mühümdür. Hər kəs bilməlidir ki, enurezli xəstənin müalicəsinin uğurunu öncə təmin etmək üçün
1. - enurezin səbəbləri aydınlaşmalı (bunların bir neçəsi bir yerdə olur - polietioloji),
2. - xəstənin orqanizmi öyrənilməlidir.
3. - həm də pasientin yaşayış şərtləri (maddi, mənəvi, psixososial) dəqiq öyrənilməlidir.
4. – müalicə həkiminin məhz enurezin müalicəsi üzrə böyük təcrübəsi olmalıdır.
Dərmanların içliyindəki təlimatları oxumaqla, yaxud xəstəlik haqda bəzi məlumatları öyrənməklə belə bir həssas pasientlərə dərman yazmaq olmaz. Əsas sözü həkimin bu sahədə uğurlu təcrübəsi deyir. Bununla belə müntəzəm olaraq həkim həm özünün çoxillik təcrübəsinə, həm də nüfuzlu Elmi Tədqiqat institutlarının genişmiqyaslı, yəni həm üzərində müşahidə aparılan xəstələrin sayına və statistik tərkibinə görə, həm də müşahidə illərinin müdətinə görə sübut əsaslı tibbin –klinik epidemiologiyanın standartlarına əsaslanan tədqiqatlarla təsdiq olunmuş müalicəyə əsaslanmalıdır. Hər bir pasient üçün fərdi qaydada düzgün metodun seçilməsi və ailənin psixoloji ehtiyatlarının cəlb edilməsi optimal qısa müddətdə sağalmanı təmin edə bilər. Buna görə də sidiyi saxlaya bilməməklə müraciət edən xəstənin müalicəsinə başlamazdan qabaq, diqqətlə müayinə olunması çox vacibdir. Müayinədə valideylərin (əsasən ananın) xəstə haqqında məlumatları çox əhəmiyyət daşıyır...
Yadda saxlayın
• Sidik Saxlaya biməməyin bütün növləri sağalandır.
• Bu xəstəliyə görə utanmaq lazım deyil və yersizdir.
• Uşaq heç vaxt günahkar deyi. Ümumən günahkar axtarılmamalıdır.
• Enurezə görə uşağı cəzalandırmaq olmaz! Bu zaman vəziyyət daha pisləşəcəkdir.
• Enurezin müalicəsinin çətinliyi və müddəti pasientin Enurez stajından, yəni xəstənin yaşından birbaşa asılıdır.
• Enurezlə arabir deyil, hər gün məşğul olan, bu sahədə ixtisasaşmış, uzun illərin təcrübəsi və səriştəsi olan mütəxəsisə üstünlük verilməlidir.
• Enurezin müalicəsində 100% anonimlik qorunur və buna həkim məsuliyyət daşıyır!
QADINLARDA SİDİK QAÇIRMA PROBLEMİ
Qadınlarda sidikqaçırma (sidiyi saxlaya bilməmək, sidik saxlanmazlığı) dedikdə, bərkdən öskürmək, gülmək, asqırmaq zamanı, habelə hər hansı səbəb üzündən qarın və çanaq əzələlərinə güc, təzyiq düşdüyü zaman qadının özündən asılı olmayaraq sidik qaçırması nəzərdə tutulur.
Bu əsasən 30 yaşını keçmiş qadınların xəstəliyidir. Daha çox menopauza (klimaks) dövrü və ya ondan sonrakı dövrdə, habelə çox doğuş keçirmiş qadınlarda rast gəldiyi kimi, tək-tək hallarda gənc qızlarda da rast gələ bilər. Bu sayaq sidik qaçırma gecələr sidiyi saxlaya bilməməkdən fərqli bir hal olduğu üçün, səbəbləri də, müalicəsi də fərqlidir (Axtar: Gecə enurezi (gecələr sidiyi saxlaya bilməmək) - Çıxış yolu). Qadınlarda sidiyi saxlaya bilməmək həyat üçün təhlükəli bir hal deyil, lakin dərin tibbi – sosial və psixoloji bir problemdir. Bu problem qadınların həyat və iş ritminə çox pis təsir edir, bu vəziyyətə alışmaq əksər hallarda çox çətin olur və ya mümkün olmur. Qeyri - iradi sidik ifrazı əsəb sisteminə islaholunmaz zədələr vurur. Xəstəlik bəzən çox ciddi psixi və emosional pozuntularla müşahidə olunur ki, nəticədə sosial dezadaptasiyaya (cəmiyyətdən qaçmağa, təcrid olunmağa) gətirib çıxara bilər: daim xəstədən xoşagəılməz qoxu gəlməsi və ya qoxu gəlmək qorxusu, evdən hətta qısa müddətə harasa çıxanda uşaq bezindən (pampersdən) istifadə məcburiyyəti və sair normal yaşam çətinlikləri bəzən belə arzuolunmaz ağır hallara səbəb olur. Bütün dünyada hər 3 qadından biri (38%) sidiyi saxlamaqla bağlı problemdən daimi əziyyət çəkir. Daha 20%-isə ara-sıra əziyyət çəkir. Hesab olunur ki, bir çox qadın bunu utanaraq gizli saxladığından, bəziləri isə menopauza dövrü üçün normal hal hesab edib, həkimə müraciət etmədiyindən, bu rəqəmlər həqiqətdə daha böyükdür. Bir çox qadınlar, xüsusən bir neçə dəfə uğursuz müalicə olmuş qadınlar belə hesab edir ki, bu belə də olmalıdır və buna çarə yoxdur. Halbuki bu gün belə xəstələrin hər birini müalicə ilə tam sağlam olduğu dövrlərə qaytarmaq mümkündür.
Qadınlarda sidik qaçırmanın əsasən 3 növü rast gəlir:
1- gərginlik – (stress) sidik saxlanmazlığı. 49 %
2- təcili – urgent sidik saxlanmazlığı 22 %
3- qarışıq tip sidik saxlanmazlığı 29 %
Bunların baş vermə yolları (patogenezi) bir-birindən fərqlənir. Belə ki, gərginlik sidik saxlanmazlığı (və ya sidik qaçırma) çanaq dibi əzələlərin zəifliyinin, təcili – urgent sidik saxlanmazlığı isə sidik kisəsinin yüksəlmiş – qeyri normal aktivliyinin nəticəsində baş verir. Qarışıq tip sidik qaçırma zamanı hər iki səbəb - həm çanaq dibi əzələlərin zəifliyi, həm də sidik kisəsinin yüksəlmiş – qeyri normal aktivliyi müşahidə olunur. Gərginlik sidik saxlanmazlığı zamanı sidiyə getmə hissi, tələbatı olmadan baş verir – güldükdə, öskürdükdə, asqırdıqda sidik kanalını əhatə edən əzələlərin zəifliyi sidik qaçırmaya səbəb olur. Gərginlik sidik saxlanmazlığı zamanı dözülməz, təcili sidiyə çağırış olmur. Təcili (urgent) sidik saxlanmazlığı isə sidik kisəsinin yüksəlmiş – qeyri normal aktivliyinin nəticəsində təcili sidiyə getməyə tələbat yaradır və çox zaman tələbat dözülməz həddə çatır. Qadınlarda sidik qaçırmanın əsas səbəblərinə aiddir:
• Hamiləlik və doğuşlar. Hamiləlik vaxtı sidiyi saxlaya bilməməyin müxtəlif formaları 8-50% arasında rast gəlir, amma bir çox hallarda doğuşdan sonra keçib gedir. Amma onların bir qismində bir neçə il sonra yenidən əmələ gəlir. Hamiləlik zamanı çanaq əzələlərinin zəif olduğu qadınlarda uşaqlığın hamiləlik müddətinə paralel böyüməsi sidik kisəsini basır və azacıq əlavə təzyiq – gülmə, öskürmə, asqırma sidiyi saxlaya bilməməyə səbəb olur.
• Menopauza dövrü. Bu dövrün başlanması ilə qadınlarda hormonal dəyişikliklərin (sidik kisəsinin divarının normal vəziyyədə qalmasında mühüm rolu olan esterogenlərin azalması) nəticəsi olaraq sidik kisəsi əzələlərinin zəifləməsi.
• Sidik yollarının xronik xəstəlikləri və infeksiyalaşması
• Uşaqlıq yolu üzərində və ya sidikliyə yaxın orqanlarda aparılmış cərrahi əməliyyatlar.
• Xronik qəbizlik - düz bağırsağın sidik kisəsinin arxasında yerləşməsi səbəbindən onu qıcıqlandırıb, sidik qaçırmaya səbəb olur.
• Artıq çəki qarnın aşağı hissəsini basaraq, çanaqda təzyiqi artırır və sidik qaçırma törədir.
• Bəzi travmatik hallar nəticəsidə onurğanın, yaxud çanağın zədələnməsi
• Uşaqlığın sallanması, (prolapsus uteri), sidik kisəsinin sallanması (sistosele) və bağırsağın sallanması (rektosele) – və s.
Diaqnostikası və müalicəsi
Qadınlar arasında sidiyi saxlaya bilməməyin müalicəsi hələ də böyük çətinlik yaradır. Çünki belə xəstələr utancaqlıq üzündən uzun müddət həkimə müraciət etmir, xəstəliyi hətta ailədə gizlədirlər. Belə xəstələrin yalnız 25-33% - nin həkimə müraciət etdiyi güman olunur. Müalicədən əvvəl sidiyi saxlaya bilməməyin hansı növünün olması aydınlaşdırılmalıdır. Çünki bu xəstəliyin hər bir növ ayrı müalicə tələb ediyindən, dəqiq diaqnozun qoyulmaması səhv müalicəyə, hətta gərəksiz cərrahi əməliyyata səbəb ola bilər. Diaqnozun qoyulması anamnezlə - xəstəlik və xəstə haqda geniş məlumat toplamaqla başlanır: sidik qaçırmanın necə və nə vaxt (gülmə , öskürmə s. və zamanı) baş verdiyi, nə ilə əlaqəsi olması, həmçinin qadında hər hansı başqa bir xəstəliyin olması, keçirdiyi hamiləliklər, doğuşlar və bunun kimi məlumatlar toplanmalıdır. Ətraflı anamnez diaqnoz üçün çox qiymətlidir. Çanaq orqanlarının müayinəsi zamanı uşaqlığın sallanmasının (prolapsus uteri), sidik kisəsinin sallanmasının (sistosele) və ya bağırsağın sallanmasının (rektosele) olub-olmaması ilk növbədə aydınlaşdırılmalıdır. Ginekoloji və lazım gələrsə nevroloji müayinə aparılmalıdır. Çanaq orqanlarının ultrasəs müayinəsi, sidiyin və uşaqlıq yolundan alınan materialın labarator yolla analizi vacibdir. Lazım gələrsə başqa orqanlar da müayinə olunur. Sidiyi saxlaya bilməməyin başlanğıc fazasında, yəni əlamətlər az təzahür edirsə, konservativ, yəni qeyri-cərrahi müalicə (fizioterapevtik və dərmanlarla müalicə), çanaq dibi əzələlərini möhkəmləndirən məşqlər fayda verir. Bütün hallarda ümumi urodinamik vəziyyəti nəzərə almaqla iltihabi xəstəliklərin, sidik kisəsinin neyrogen disfunksiyalarının kompleks müalicəsi aparılmalıdır. Dərman müalicəsi əksər hallarda xəstəliyin konservativ müalicəsinin digər üsulları – «davranış terapiyası» və elektrostimulyasiyanın, homeopatik vasitələrin tətbiqi şəraitində daha effektli olur. Dərman müalicəsi nəticəsiz olduqda “mülayim” cərrahi əməliyyatların aparılması mümkündür. Lakin müzakirələr zamanı cərrahi müalicənin mütəxəssislər arasında tərəfdarları çox azdır. Davranış terapiyasının mahiyyəti sidikliyə və onun sfinkterlərinə nəzarət üçün xəstələrin öyrədilməsidir. Davranış terapiyasının əsasını çanaq dibi əzələlərinin məşq etdirilməsi, sidikliyin treyninqi, bioloji əks əlaqə (biofeedback terapiya) təşkil edir. Sidikliyin treyninqinin mahiyyəti ondan ibarətdir ki, xəstə təyin olunmuş müəyyən saatlarda və sidik ifrazı aktları arasındakı müddəti tədricən artırmaqla sidiyə gedir. Bu zaman məqsəd psixoloji olaraq sidikliyin aktivliyini aşağı salmaqla sidik saxlanmazlığının azalmasına nail olmaqdır. Sidikliyin treyninq proqramı urgent (təcili) sidik qaçırma olan xəstələrdə çox böyük əhəmiyyət kəsb edir. Lakin, təcrübə göstərir ki, sidiyin saxlanma treyninqi gərginlik (stress) sidik qaçırma zamanı da effektlidir. Bu müalicənin əsasını xəstənin sidik ifrazı aktının gündəliyi təşkil edir. Bu gündəliyə qəbul edilən mayenin miqdarı, sidik ifrazının vaxtı, bu zaman xaric edilən sidiyin həcmi, sidiyin qeyri-iradi itirilmə halları xəstə tərəfindən qeyd edilir. Bir sözlə, bütün müalicə üsullarında sidiklik əzələlərinin möhkəmləndirilməsi mühüm şərtdir.
Sözardı: Qadınlarda sidik qaçırma tibbdə müalicəsi mümkün olmayan problem hesab olunmur, - əksinə, əsas problem müalicədə deyil, sidik qaçırmadan əziyyət çəkən qadınların əksər hissəsinin (70%-nə yaxın) bu əziyyəti tənhalıqda çəkməsidir – utanıb hamıdan xəstəliyini gizlətməsidir. “Real” Tibb Mərkəzində 100-lərlə belə xəstənin uğurlu müalicə təcrübəsi söyləməyə əsas verir ki, qadınlarda sidik qaçırma həqiqətən problem deyil!
“Real” Tibb Mərkəzində (doktor Süleyman Cəbrayılov) sidik ifrazı pozulmalarının müxtəlif formalarının cərrahiyyəsiz müalicəsi məqsədilə Amerika və Avropanın öncül uroloji elmi cəmiyyətlərin, elmi tədqiqat institutlarının uzun illər ərzində klinik epidemioloji tədqiqatları ilə (sübutedici təbabətin metodları ilə) təsdiq olunmuş müalicə metodları və protokolları rəhbər tutulur. Belə müalicə protokollarının hər birinin hazırlanmasında 100-lərlə həkim-professor iştirak edir. Bu zaman dünyanın ən tələbkar elmi - tibbi jurnallarının (The Journal of Urology -The Official Journal of the American Urological Association, British Medical Journal, Cleveland Clinic Journal of Medicine və s.) hesablaşdığı və dərc etdiyi tədqiqatlara üsünlük verilir. Dünyanın 10-larla ölkəsində, o cümlədən Türkiyədə milyonlarla xəstə bu metodlarla müalicə alır.
P.S. Müəllifin digər məqalələrini buradan (realtibb.com ) oxuya bilərsiniz:
Prostat vəzi xəstəlikləri: Adenoma
Kişilərin cinsi zəiflik problemi ENUREZ – yuxuda sidikqaçırma
Kişilərin prostat vəzi problemi – Çıxış yolu
Qadinlarda sidik qaçirma problemi
Prostat vəzi xəstəlikləri: miflər, həqiqətlər
Gecələr sidiyi saxlaya bilməmək –Gecə enurezi
Doktor Sülyman Cəbrayılov
“Real” tibb mərkəzi 8 km, B.Nuriyev, 55
(050) 501 60 70
(077) 601 60 70 (055) 519 91 84