Vaqif Həsənov daha bir səyyar qəbul keçirdi - Fotolar

vaqif-hesenov-daha-bir-seyyar-qebul-kecirdi
Oxunma sayı: 576

Ağdamın icra başçısı Vaqif Həsənovun növbəti səyyar qəbul-görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 13-ü əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə icra başçısının rayonun Rzalar kəndində səyyar qəbul-görüşü baş tutub.

Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib.

V.Həsənov dövlət başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.

İcra başçısı qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək prosesi nəzarətə götürüb.