Vatsapa yeni funksiya gələcək

vatsapa-yeni-funksiya-gelecek
Oxunma sayı: 2618

Vatsap messencerində söhbətlər hissəsindən QR kodların mübadiləsi mümkün olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə portal mütəxəssisləri bildiriblər.

Belə ki, şirkət istifadəçilərə “chat” hisəsindən hesabların tez mübadiləsi üçün QR kodu paylaşmağa imkan verəcək.

“Hazırda istifadəçilər QR kodunu proqram parametrlərindən paylaşa bilərlər, lakin bu yeni funksiya birbaşa söhbətlər bölməsindən birbaşa və əlçatan üsul təklif edəcək. Bu seçim hazırda inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində əlçatan olacaq”, - deyə məlumatda qeyd olunub.