“Venesuela BMT Təhlükəsizlik Şurasının iclasında qalib gəlib”

venesuela-bmt-tehlukesizlik-surasinin-iclasinda-qalib-gelib
Oxunma sayı: 1706

Venesuela xarici işlər naziri İvan Gil bildirib ki, Bolivar Respublikası BMT Təhlükəsizlik Şurasının iclasından qalib çıxıb.

“Qafqazinfo” xəbər verir ki, nazir bu haqda teleqramda yazıb.

O bildirib ki, beynəlxalq ictimaiyyət ABŞ-nin Venesueladakı əməliyyatının beynəlxalq hüquqa zidd olması ilə razılaşıb.

“Venesuela aydın və qanuni qələbəyə nail oldu: beynəlxalq ictimaiyyət 3 yanvar hücumunun beynəlxalq hüquqa zidd hərəkət, BMT Nizamnaməsi, humanitar və insan hüquqlarının pozulmasını qəbul etdi”, - Gil vurğulayıb.

O, bu vəziyyətdə manipulyasiyaya və ikili standartlara yer olmadığını, beynəlxalq hüququn Bolivar Respublikasının tərəfində olduğunu bildirib. Nazir həmçinin əlavə edib ki, Venesuela öz suverenliyini müdafiə etməyə davam edəcək.