“Venesuela xalqının yanında olmağa davam edəcəyik” - Cevdet Yılmaz

venesuela-xalqinin-yaninda-olmaga-davam-edeceyik
Oxunma sayı: 3833

“Türkiyə Respublikası olaraq Venesuela böhranında hüququn, milli iradəyə hörmətin və Venesuela xalqının yanında olmağa davam edəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, beynəlxalq hüquqa hörmətlə yanaşan Türkiyə Venesuela xalqının yanında olacaq:

“Bütün tərəflərlə dialoq içində sabitliyi müdafiə etməyə davam edəcəyik”.