Vətən müharibəsi qazisi qəzada həlak oldu - Fotolar

veten-muharibesi-qazisi-qezada-helak-oldu
Oxunma sayı: 938

Tovuzda yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əsrik-Cırdaxan kəndi ərazisindəqeydə alınıb.

Belə ki, “Lada Granta” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü, 1994-cü il təvəllüdlü İsmət Nağıyev həyatını itirib.

Onun Vətən müharibəsi qazisi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Yunis Quliyev