Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş - Foto-Video

villasi-yanan-is-adami-rusiyada-diaspor-rehberi-imis
Oxunma sayı: 3785

Dünən Ağstafa rayonunda üçmərtəbəli yaşayış evində yanğın qeydə alınıb. 

“Qafqazinfo” Unikal-a istinadən xəbər verir ki, araşdırmalar zamanı alovlanan villanın sahibkar Mahir Kərim oğlu Xanəhmədovun mülkiyyətində olduğu müəyyənləşib.

Bildirilib ki, Mahir Xanəhmədov Rusiyanın Surqut şəhərində Xantı-Mansi Muxtar Dairəsi - Yuqra diasporunun rəhbəri, həmçinin “Azərbaycan-Surqut” Regional Milli-mədəni İctimai Birliyinin sədri vəzifəsini daşıyır.

Sahibkarın Rusiyada diaspor rəhbəri postuna ötən il təyin edildiyi qeyd olunub.

Xəbəri rus dilində oxuyun: В Агстафе сгорел особняк главы НКО “Азербайджан-Сургут” - ФОТО/ВИДЕО

M.Xanəhmədovun diaspor rəhbərliyinə gətirilməsinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin dəstəyi ilə həyata keçirildiyi bildirilir.

İş adamının altı övladı var.