Voleybol millimiz ardıcıl üçüncü qələbəsini qazandı

voleybol-millimiz-ardicil-ucuncu-qelebesini-qazandi
Oxunma sayı: 1634

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanaraq liderliyini möhkəmləndirib.

“Qafqazinfo” xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunun III turunda Rumıniya seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında təşkil olunan qarşılaşma gərgin mübarizə şəraitində keçib və voleybolçularımızın 3:2 hesablı qələbəsi ilə başa çatıb (25:21, 25:23, 15:25, 22:25, 15:8).

Xatırladaq ki, millimiz turnirin I turunda Portuqaliyanı, II turunda isə İspaniyanı eyni hesabla məğlub edib. Hazırda aktivində 8 xal olan komandamız C qrupunun turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, bu qrupun qarşılaşmaları avqustun 28-nə qədər Bakıda keçiriləcək.