Tamaşanın rejissoru operettaya ilk quruluş verən, Azərbaycanın əməkdar artisti Əli Usubovdur. Hazırda Volqoqradda yaşayan Əli Usubov əsəri ilk dəfə 1969-cu ildə Leninqrad Konservatoriyasından məzun olarkən Moskva Operetta Teatrında səhnələşdirib.
Premyerasının təşkilində Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad regional şöbəsi yaxından iştirak edir, zalın tərtibatı, afişa, reklamların hazırlanması və biletlərin paylanması kimi məsələlərdə teatra dəstək göstərir.