Xaçmazda oğlu tərəfindən baltalanan qadın öldü - Yenilənib

xacmazda-oglu-terefinden-baltalanan-qadin-oldu
Oxunma sayı: 6347

Xaçmazda oğul 66 yaşlı anasını baltalayıb.

“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, rayonun Əzizli kənd sakini Sultanova Səmən Fətəli qızı balta zərbələrindən xəsarət alıb.

F.Sultanovanın ailə münaqişəsi zəminində oğlu tərəfindən baltalandığı deyilir.

Yaralı təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sifət və baş nahiyəsinin kəsilmiş-deşilmiş yaraları, açıq kəllə-beyin travması diaqnozu qoyulub. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Xaçmazda oğlu tərəfindən balta ilə xəsarət yetirilən Sənəm Sultanova dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Xatırladaq ki, S.Sultanova ötən gün müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi.