Xaçmazda yenə zəlzələ oldu

xacmazda-yene-zelzele-oldu
Oxunma sayı: 2568

Quba seysmoloji stansiyasından 38 kilometr şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub. Ocağı 2 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.

Qeyd edək ki, bu gün Xaçmazda yerli vaxtla saat 15:33-də də zəlzələ qeydə alınmışdı.