Britaniyanın nüfuzlu “Daily Express” qəzeti İranın yeni Ali Lideri Ayətullah Müctəba Xameneinin son çıxışını “qorxulu və sensasion” adlandıraraq, Qərb dünyasının bu bəyanatlardan narahat olduğunu yazıb.
“Qafqazinfo” xəbər verir ki, Müctəba Xamenei İran Hərbi Dəniz Qüvvələrinin ABŞ və İsrailə qarşı yeni və sarsıdıcı zərbələr endirməyə tam hazır olduğunu bəyan edib.
Ayətullah öz çıxışında hərbi güclərini belə təsvir edib:
“İldırımsürətli dronlar Amerika-sionistlərə hücum etdiyi kimi, cəsur dəniz qüvvələrimiz də düşmənə yenidən məğlubiyyətin acısını daddırmağa hazırdır”.
Britaniya nəşri qeyd edir ki, bu çıxış həm də Donald Trampın və ABŞ qoşunlarının fəaliyyətinə qarşı kəskin tənqidlərlə müşayiət olunub:
“İranın bu sərt ritorikası fonunda Vaşinqtonla diplomatik təmasların da təhlükə altına düşdüyü görünür. Rəsmi Tehran ABŞ-nin davam edən dəniz blokadası və “həddindən artıq tələbləri” səbəbindən danışıqların növbəti mərhələsindən imtina edib. İslam Respublikası rəsmiləri hesab edirlər ki, Vaşinqton danışıqların əvvəlində verdiyi vədləri pozub, bu isə hər hansı yeni görüşün səmərəli olacağı ehtimalını minimuma endirir. Mənbələr qeyd edir ki, İran tərəfi ABŞ-nin “xoşməramlılığına” artıq şübhə ilə yanaşır və blokada tam qaldırılmadan masaya oturmaq niyyətində deyil”.
Son xəbərlər
Son Xəbərlər