XII sinifdə təhsil alanların sayı açıqlandı

xii-sinifde-tehsil-alanlarin-sayi-aciqlandi
Oxunma sayı: 3145

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 676 təhsil müəssisəsi fəaliyyət göstərir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BŞTİ məlumat yayııb. 

Bildirilib ki, İdarənin tabeliyindəki məktəblərdə 505 470 şagirdin təlim-tərbiyəsi ilə 29 544 müəllim məşğul olur.  

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 42 226, IX siniflərində 43 490, XI siniflərində 28 288, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 166 nəfər təhsil alır.