Xırdalanda evdə partlayış - 3 uşaq yaralandı-Yenilənib

xirdalanda-evde-partlayis
Oxunma sayı: 4900

 Xırdalanda partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə “AAAF” Park Yaşayış kompleksində olub.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Əldə olunan məlumata görə, hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar. 

Partlayışın təsirindən divar həyətə aşıb. Nəticədə parklanma vəziyyətində olan maşınlara ciddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır. 

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Qafqazinfo"ya bildirilib  ki, partlayışla bağlı "112" xidmətinə məlumat daxil olub.

Yanğından Mühafizə Bölmələri və Xüsusi Riskli Xilasetmə Qüvvələri əraziyə cəlb edilib. 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək. 

***

TƏBİB-dən "Qafqazinfo"ya verilən məlumata görə, baş verən partlayışla əlaqədar TƏBİB-in tabeli tibb müəssisəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb edilib.

İlkin məlumata görə, 3 uşaq olmaqla, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi yardım göstərilir. Vəziyyətləri ilə bağlı əlavə məlumat veriləcəkdir.