Bu gün Xorvatiyada prezident seçkiləri keçirilir.
"Qafqazinfo" xəbər verir ki, 3,85 milyon vətəndaşın seçki hüququna malik olduğu ölkədə Prezident 5 il müddətinə seçilir.
Qeyd edək ki, dövlət başçısı vəzifəsinə 11 nəfər namizədliyini irəli sürüb. Xorvatiyanın hazırkı Prezidenti Kolinda Qrabar-Kitaroviç, sabiq Baş Nazir Zoran Milanoviç və musiqiçi Miroslav Şkoro favoritlər arasındadır. Namizədlərdən heç biri 50 faizdən çox səs yığmasa, 14 gündən sonra seçkilərin ikinci turunda ən çox səs toplayan iki namizəd iştirak edəcək.
**
Xorvatiyada prezident seçkilərində səsvermə başa çatıb, səslərin hesablanmasına başlanılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” xəbər verib.
Seçici fəallığı 38,82 % təşkil edib ki, bu da 2014-cü il seçkiləri ilə müqayisədə 2 % çoxdur.
Son xəbərlər
Son Xəbərlər