Yanaraq ölən qadının kimliyi bilindi - Yenilənib

yanaraq-olen-qadinin-kimliyi-bilindi
Oxunma sayı: 2439

Salyan rayonunun Yenikənd kəndində yanğın olub.

“Qafqazinfo” FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Ötən gecə Salyan rayonunda yanğında vəfat edən qadının kimliyi müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, evin tamamilə yanması nəticəsində həyatını itirən şəxs Həsənli kənd sakini 1964-cü il təvəllüdlü Svetlana Zeynalova olub.

Bildirilib ki, S.Zeynalova valideynləri vəfat edəndən sonra taxta konstruksiyalı evdə tək yaşayırmış. Ötən gecə evdə elektrik qısaqapanması səbəbindən yanğın baş verib və yuxuda olan qadın yanan evdən çıxa bilməyərək vəfat edib.

Xəbəri rus dilində oxuyun: Макрон угрожал армянскому журналисту

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.