Yanğında ölən sabiq prokurorun oğlu imiş

yanginda-olen-sabiq-prokurorun-oglu-imis
Oxunma sayı: 8130

Xəbər verdiyimiz kimi, Gəncədə ikimərtəbəli ev yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

“Qafqazinfo”nun məlumatına görə, yanğın zamanı həlak olan şəxs 58 yaşlı Kamil Quliyevdir. O, Daşkəsənin sabiq prokuroru mərhum Nəbi Quliyevin oğludur.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.