YAP-ın yeni namizədləri - Direktor, rəis, müavin...

yap-in-yeni-namizedleri-
Oxunma sayı: 7670

Yeni Azərbaycan Partiyasının 2015- cı il noyabrın 1- də keçiriləcək parlament seçkilərində bir neçə şəxsin ilk dəfə namizədliyini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, onlardan biri 18 saylı Nərimanov- Nizami seçki dairəsindən irəli sürdüyü namizəd İsmayıl İsmayılovdur. İ. İsmayılov 1980-ci ildə anadan olub. O “Çıraq” MMC-nin direktorudur. Sözügedən şirkət kitab nəşri ilə məşğuldur. Şirkət Səbail rayonunda yerləşir.

11 saylı Qaradağ seçki dairəsindən namizədliyi irəli sürülən Aydın Hüseynov 1962-ci ildə anadan olub. O Dövlət Xəzinədarlıq Agentliyinin 9 saylı Xəzinədarlıq İdarəsinin rəisidir.

9 saylı Binəqədi ikinci seçki dairəsindən irəli sürülən namizəd Kəmaləddin Qafarov isə 1976-cı ildə anadan olub. O Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində çalışır.

27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Dilarə Cəbrayılova 1971-ci ildə anadan olub. O 295 saylı məktəbin direktorudur.

***

121 saylı Laçın seçki dairəsindən namizədliyi irəli sürülən Mahir Abbaszadə 1975- ci ildə anadan olub. O “Zaminbank” ASC-nin filial müdiridir.

115 saylı Şəki kənd ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Elçin Qarayev 1973-cü ildə anadan olub. O Kiş kənd 1 saylı orta məktəbin direktorudur.

107 saylı Qazax seçki dairəsindən namizədliyi irəli sürülən Əhmədov Zeynal 1967- cı ildə anadan olub. O “SOCAR PETROLEUM” QSC-NIN 7 saylı Qazax neft terminalının direktorudur.

63 saylı Sabirabad birinci seçki dairəsindən namizədliyi irəli sürülən Elçin Quliyev 1960-cı ildə anadan olub. O Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəridir.

***

17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Lalə Əhmədova 1973- cü ildə anadan olub. O Xəzər rayon icra hakimiyyəti başçısının müavinidir.

Günel Türksoy