ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ və İran arasında davam edən hərbi gərginliklə bağlı itkilərə dair yeni məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, münaqişə zamanı 415 ABŞ hərbçisi yaralanıb, 13 əsgər isə həyatını itirib.
Bildirilib ki, 28 fevral tarixində başlayan hücumlar və daha sonra İranın cavab zərbələri ilə davam edən qarşıdurma nəticəsində yaralıların sayı artıb.
Rəsmi qurum vəziyyəti diqqətlə izlədiyini və əlavə məlumatların təqdim olunacağını qeyd edib.
Son xəbərlər
Son Xəbərlər