Yasamalda eyni gündə 2 uşaq məktəbdən çıxıb itkin düşdü - Yenilənib

yasamalda-eyni-gunde-2-usaq-mektebden-cixib-itkin-dusdu
Oxunma sayı: 5700

Bakıda eyni gündə iki şagird itkin düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dekabrın 6-da saat 15 radələrində Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 21 saylı orta məktəbdə təhsil alan 2008-ci il təvəllüdlü X.Q. orta məktəbdən çıxdıqdan sonra itkin düşüb. Hadisə ilə bağlı polisə müraciət edilib.

Həmin gün saat 12 radələrində isə Yasamal rayonu, M.Bünyadzadə küçəsində yerləşən 153 saylı məktəbdən çıxan 2010-cu il təvəllüdlü A.Ş. itkin düşüb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində 12 yaşlı uşaq saat 20 radələrində tapılıb.

Araşdırmalar davam etdirilir.

***

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, itkin düşmüş məktəblilərin ikisi də tapılıb: “Onların ikisi də tapılaraq ailələrinə təhvil veriliblər. Məktəblilərin itkin düşməsində hər hansı kriminal hal yoxdur, sadəcə evə məlumat vermədən gəzməyə gediblər və digər ünvanlarda tapılaraq ailələrinə məlumat verilib”.

Nizam Rza