Yataqxananın ümumi hamamında yıxılan qadın öldü

yataqxananin-umumi-hamaminda-yixilan-qadin-oldu
Oxunma sayı: 1607

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 25-i saat 21 radələrində Hacı Zeynalabdin qəsəbəsində yerləşən yataqxanada yaşayan 1984-cü il təvəllüdlü Yeganə Qasımova ümumi hamam otağında yıxılıb. Baş nahiyəsindən xəsarət alan qadın vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.