“Qafqazinfo” xəbər verir ki, Kim Çen İndən bəhs edən və sonda diktatorun öldürülməsindən bəhs edən “Müsahibə” filmi Sony Pictures şirkəti tərəfindən çəkilsə də, sonradan şirkət ekran əsərini yaymaqdan imtina edib.
Yazıçı tvitter hesabında şirkətə müraciət edib və onlara konkret vaxt verərək pul qarşılığında filmi almaq istədiyini deyib. Onun sözlərinə görə, bu yolla şirkət pul qazanacaq, o isə terror təhdidlərinə “yox” demiş olacaq.
Qeyd edək ki, film hələ çəkilməyə başlayarkən qalmaqala səbəb olmuşdu. Komediya janrında çəkilən film Şimali Koreyaya dəvət alan iki jurnalistdən və onların diktatora qarşı hazırladıqları sui-qəsd planından bəhs edir.
Son xəbərlər
Son Xəbərlər