Yenə siyasi motivli mahnı oxudular, Avropa diskvalifikasiya etdi

yene-siyasi-motivli-mahni-oxudular-avropa-diskvalifikasiya-etdi
Oxunma sayı: 2723

Avropa Yayım Birliyi (EBU) Belarusu “Eurovision-2021” mahnı müsabiqəsindən kənarlaşdırdığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə EBU-nun rəsmi tvitter hesabında məlumat verilib.

“Belarusun “Eurovision”da iştirakından məsul olan yayımçı BTRC-yə yazdıq ki, builki tədbirə qatılmaları üçün mahnılarında dəyişiklik etsin. BTRC razılaşdırılmış müddətdə eyni sənətçilərin yeni bir mahnısını təqdim etdi. Yarışmanın idarə heyəti olan EBU və Referans qrupu yarışmaya uyğunluğunu qiymətləndirmək üçün yeni mahnını diqqətlə araşdırdı. Bununla da, yeni mahnıda da yarışma qaydalarının pozulduğu qənaətinə gəlindi. Təəssüf ki, BTRC uzun müddət ərzində uyğun bir mahnı təqdim edə bilmədiyi üçün Belarus may ayında keçiriləcək 65-ci “Eurovision” mahnı yarışmasına qatılmayacaq”- deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Ermənistan və Belarusun yarışdan çıxması ilə iştirakçıların sayı 39-a düşüb.

Xatırladaq ki, “Galasy ZMesta” qrupunun səsləndirdiyi mahnıda siyasi mesajlara yer verilmişdi. “Ya nauchu tebya” (Mən səni öyrədərəm) mahnısında Prezident Aleksandr Lukaşenkoya sətiraltı dəstək göstərilərək müxalif qüvvələr tənqid olunmuşdu.