“Yeni klinika”nın direktoru vəzifəsini o icra edəcək

yeni-klinikanin-direktoru-vezifesini-o-icra-edecek
Oxunma sayı: 8931

Tanınmış anestezioloq Cavid Paşayev “Yeni klinika” tibb müəssisəsinə baş həkim təyin olunub.

Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, təyinatla bağlı TƏBİB-in İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, bundan sonra tibb müəssisəsinin direktoru vəzifəsinin icrasını da tanınmış anestezioloq Cavid Paşayev icra edəcək.

Qeyd edək ki, Cavid Paşayev Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. O, təyinatına qədər Bakı Sağlamlıq Mərkəzində Anesteziya və əməliyyat şöbəsinin müdiri, baş həkimin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, “Yeni Klinika”nın əvvəlki direktoru Pərviz Abbasov rüşvət ittihamı ilə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Klinikanın direktor postu 2021-ci ilin aprelindən boşdur.