Yeni Zellandiyada millət vəkili oğurluq edib

yeni-zellandiyada-millet-vekili-ogurluq-edib
Oxunma sayı: 2640

Yeni Zellandiyada “Yaşıllar” Partiyasından olan deputat Qolriz Qahraman Oklənd və Vellinqtondakı mağazalardan üç dəfə oğurluq edib.

“Qafqazinfo” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, millət vəkilinin Oklənddəki dəbdəbəli butikdən dizayner çantasını oğurladığı görüntülər təhlükəsizlik kameralarına yansıyıb.

Bundan sonra o, hərəkətlərinə görə məsuliyyəti üzərinə götürüb və istefa verib.

Millət vəkili işi ilə bağlı keçirdiyi gərginlik səbəbilə bu hərəkəti etdiyini bildirib.

“İnsanları məyus etdim. Bağışlayın” - deyərək Qahraman üzr istəyib.