Yük maşını yerüstü piyada keçidini uçurdu - Foto + Yenilənib

yuk-masini-yerustu-piyada-kecidini-ucurdu
Oxunma sayı: 10993

Cəlilabadda qəza nəticəsində yerüstü piyada keçidi uçub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, iritonnajlı nəqliyyat vasitəsi məktəb qarşısında yerləşən yerüstü piyada keçidinə dəyərək onu aşırıb. 

Hazırda yolda nəqliyyatın hərəkəti dayanıb. 

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən yerüstü piyada keçidinin yola aşmış hissələri kəsilib kənarlaşdırılaraq yolda sərbəst hərəkət bərpa olunub.

Surxay Şahbazov