Yunan-Roma güləşçilərimizdən üçüncü qızıl medal

yunan-roma-gulescilerimizden-ucuncu-qizil-medal
Oxunma sayı: 1615

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

"Qafqazinfo" xəbər verir ki, 130 kq-da yarışan idmançımız  Nikita Kovalski (Belarus) ilə qarşılaşıb. Məmmədov 4:0 hesabı ilə qalib gələrək 1-ci yerə çıxıb.

Bununla da, təmsilçimiz Azərbaycana 3-cü qızıl medalı qazandırıb.

Qeyd edək ki, bundan əvvəl Nihad Quluzadə və Həsrət Cəfərov qızıl medalın sahibi olublar.