Yunanıstanda zəlzələ oldu

yunanistanda-zelzele-oldu
Oxunma sayı: 1775

Yunanıstan sahilində 4,4 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Avropa -Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri paytaxt Afina yaxınlığındakı Peristerion şəhərindən 51 km şimal-şərqdə olub. Yeraltı təkanlar yerli vaxtla 17:55-də qeydə alınıb, zəlzələ ocağı 16 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.