Gəncədə fəaliyyət göstərməyən dəyirman zavodunda toplanan məişət tullantıları yanğına səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
İlkin məlumata görə, yanğın tikilinin üçüncü mərtəbəsində başlayıb. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.
Bildirilib ki, zavod uzun müddətdir fəaliyyətsizdir. Lakin binanın bir neçə hissəsi müxtəlif işlər üçün icarəyə verilib.
***
Yanğın söndürülüb.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər