Zelenski “Ramşteyn” formatında keçiriləcək görüşdə iştirak edəcək

zelenski-ramsteyn-formatinda-kecirilecek-gorusde-istirak-edecek
Oxunma sayı: 1243

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın Ramşteyn aviabazasında Ukrayna üzrə Təmas Qrupunun iclasında iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə teleqram kanalında yayımladığı videomüraciətdə məlumat verib.

Səfər cümə axşamı, yanvarın 9-da baş tutacaq. Onun sözlərinə görə, tərəfdaşlarla müdafiə nazirləri və hərbi komandirlər səviyyəsində danışıqlar da nəzərdə tutulub. Zelenski hava hücumundan müdafiənin davamlı olaraq gücləndirilməsini Ukrayna üçün əsas məsələ adlandırıb.