Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq.
Avropa çempionatı
81 kq, 1/16 final
Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə,
Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə,
90 kq, 1/16 final,
Murad Fətiyev – Aleks Kret (Rumıniya).
70 kq, 1/32 final,
Südabə Ağayeva – Maya Goşen (İsrail).
***
Cüdoçularımız - Südabə Ağayeva, Zelim Tçkayev, Ömər Rəcəbli ilk görüşlərində qələbə qazanıblar.
***
Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) yarışı mükafatsız başa vurublar.
***
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
***
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalında məğlub olub. Təmsilçimiz bürünc medal qazanmaq şansını saxlayır.
Son xəbərlər
Son Xəbərlər