“Zeytun” aptekində satdığı bu dərmanlara görə cərimələndi

zeytun-aptekinde-satdigi-bu-dermanlara-gore-cerimelendi
Oxunma sayı: 5474

Bakıda “Zeytun Pharmaceuticals” şirkətinə məxsus “Zeytun” aptekində dövlət qeydiyyatında keçirilməmiş dərmanların satışının təşkil edilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən, “Zeytun-469” aptekin satıcısı Y.Soltanov (ad-soyad şərtidir) 3 min manat məbləğində cərimələnib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Y.Soltanov bildirib ki, onun çalışdığı  aptekdən dövlət qeydiyyatdan keçirilməmiş “Paxil", “Ventolin", "Janumet", “Triplixam”, "Forziga", “Rytmonorm", “Kardura", “Devit-3". "Estrofem", "Norvasc". "Dideral", “Cialis", "Viagra", “Kestine", “Zirtek", "İsoptin" markalı dərman vasitələri aşkar edilərək götürülüb.

Baxış zamanı aptekdən aşkar edilmiş qeydiyyatsız dərmanlar "Zeytun" və "Binə depo" şirkətlərindən əldə edilib.