“Mənə elə bir ölkə göstərin ki...” - Fəzail Ağamalı

mene-ele-bir-olke-gosterin-ki-
Oxunma sayı: 3390

“Belə çıxır ki, sabah Azərbaycanda erməni də öz dilində reklam verə bilər”.

Qafqazinfo” xəbər verir ki, bu fikri millət vəkili Fəzail Ağamalı “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu gün Bakı şəhərində hər 10 reklamdan 8-i xarici dildə yazılır: “Ona görə də bu istiqamətdə ciddi və konkret addımlar atılmalıdır. Digər məqam isə ondan ibarətdir ki, reklamla yanaşı, digər dillərdə də reklam ola bilər. Bunu anlaya bilmirəm. Mənə elə bir ölkə göstərin ki, orada öz dili ilə yanaşı digər reklama icazə versin. Onda belə çıxır ki, erməni sabah Azərbaycanda erməni dilində, ingilis ingilis, ərəb ərəb dilində reklam vermək hüququ var. Bu müddəa qanundan çıxarılmalıdır”.

Millət vəkili Hikmət Babaoğlu isə təyyarə limanlarında, otel sektoru və yay, qış turizm məkanlarında xidmət göstərən əməkdaşların xarici dildə danışmasında narahatçılığını dilə gətirdi: “Bu hallara yol vermək olmaz. Qanuna nəzərdə tutulan dəyişikliyə gəldikdə isə, bu yerində olan dəyişiklikdir. Çünki şəhərdə reklam qaydalarına riayət olunmur və buna məhəl qoyulmur. Bütün bunları nəzərə alaraq reklam qaydalarını pozanları qarşı sərt cəzalar tətbiq edilsin”.

Komitə sədri Rəfael Hüseynov bildirib ki, qanuna dəyişiklik elə dövlət dilinin daha təkmil qaydada riayət edilməsinə xidmət edir. Komitə sədri əlavə edib ki, xarici dildə reklam ola bilər və qanunda öz əksini tapıb.

Günel Türksoy