İcra başçısı xəstəxana açılışında - Fotolar

icra-bascisi-xestexana-acilisinda
Oxunma sayı: 5820

Gəncəlilər müayinə və müalicə üçün digər yerlərə getmirlər. Şəhərdə fəaliyyət göstərən 35 tibb müəssisəsinin sırasına daha birisi – “Gəncə Beynəlxalq Xəstəxanası” qoşulub.

“Qafqazinfo” xəbər verir ki, xəstəxanada Türkiyədən dəvət olunmuş yüksək ixtisaslı professor, həkim heyəti çalışır. Əlavə olaraq Avropa və Amerikadan gətirilmiş ən müasir avadanlıqlar xəstəliyin dəqiq müayinəsi və müalicəsində istifadə olunur.

Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə şəhərindən seçilmiş deputatlar, tibb işçiləri, ictimaiyyətin nümayəndələri xəstəxana ilə tanış olublar.

Xəstəxananın icraçı direktoru Saleh Mercan tibb müəssisəsi haqqında məlumat verərək bildirdi ki, potensialı 120 yataqdan ibarət olan tibb müəssisəsində hazırda xəstələrin rahatlığı və daha peşəkarcasına tibbi xidmət görmələri üçün 63 yataqdan ibarət 26 tək yataqlı palata, 9 özəl palata, 2 VİP palata, o cümlədən reanimasiya-intensiv terapiya, əməliyyat sonrası müşahidə, neonatologiya və s. fəaliyyət göstərir.