Azərbaycan çempionu uduzdu

-azerbaycan-cempionu-uduzdu-
Oxunma sayı: 649

“Ağ-qaralar” ikinci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Gürcüstan “Zestafoni”sinin aqibətini bu dəfə İsrail təmsilçisi “Hapoel”ə (Kiryat Şmona) də yaşatmaq iddiasındaydı. Lakin çox təəssüf ki, ilk oyunda böyük hesabla uduzan "ağ-qaralar" bu şansı, demək olar ki, boşa vermişdilər. Bu üzdən də təmsilçimizin cavab oyununda sensasiyaya imza atması inandırıcı görünmürdü. Gözlənildiyi kimi, Bakıdakı görüşdə heç bir möcüzə baş vermədi və Azərbaycan çempionu ÇL ilə vidalaşmalı oldu.

"Neftçi" kimi, qardaş Türkiyənin "Fenerbahçe" klubu da ilk oyunda uğursuzluqla üzləşmişdi. Bu komanda da ev oyununda "Vaslui" klubuna məğlubiyyətdən son anda qurtula bilmişdi. Amma “sarı-lacıvərdlilər” evdə bacarmadıqlarını səfərdə həyata keçiriblər və darmadağınla növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, bu mərhələni qalib başa vuran kollektivlər pley-off mərhələsinə vəsiqə qazanmaqla yanaşı, daha bir mühüm şans əldə ediblər. Belə ki, pley-offda qələbə qazanan komandalar ÇL-in qrup mərhələsinə vəsiqə qazanacaqlarsa, məğlublar da birbaşa Avropa Liqasının qruplarında oynamaq fürsəti əldə edəcəklər. Elə ÇL-in üçüncü təsnifat mərhələsinin məğlubları da Avroliqanın pley-off mərhələsində mübarizə aparmaq şansına malikdilər. Hansı ki, "Neftçi" də belə bir şansa malikdir.

Çempionlar Liqası
3-cü təsnifat mərhələsi (cavab oyunları)
7 avqust

Feyenoord (Hollandiya) - Dinamo (Kiyev, Ukrayna) - 0:1 (1:2)
Qol: İdeye, 90+5.

Debrecen (Macarıstan) - BATE (Belarus) - 0:2 (1:1)
Qollar: Mozolevski, 25, Volodko, 59.

8 avqust

Dudelange (Lüksemburq) - Maribor (Sloveniya) - 0:1 (1:4)
Qol: Mertelj, 80.

NEFTÇİ (AZƏRBAYCAN) - Hapeol (Kiryat Şmona, İsrail) - 2:2 (0:4)
Qollar: Vobay, 31, C.İmamverdiyev, 76 - Badaş, 50, L.Lençe, 90+1.

Helsingborg (İsveç) - Slask (Polşa) - 3:1 (3:0)
Qollar: Sorum, 43; 49; 67 - Dias, 31.

HJK (Finlandiya) - Celtic (Şotlandiya) - 0:2 (1:2)
Qollar: Ledli, 67, Samaras, 86.

Slovan (Çexiya) - CFR Cluj (Rumıniya) - 1:2 (0:1)
Qollar: Şural, 58 - Kapetanos, 45, Sougou, 90+4.

Ekranas (Litva) - Anderlecht (Belçika) - 0:6 (0:5)
Qollar: Klyestan, 9, Praet, 29, Yakovenko, 45+3, De Sutter, 47, Molins, 62, Fernando, 87.

Basel (İsveçrə) - Molde (Norveç) - 1:1 (1:0)
Qollar: Degen, 75 - Moström, 32.

Vaslui (Rumıniya) - Fenerbahçe (Türkiyə) - 1:4 (1:1)
Qollar: Nikulae, 15 - C.Erkin, 12, Kuyt, 71; 76, Sou, 90+2.

Brugge (Belçika) - Copenhagen (Danimarka) - 2:3 (0:0)
Qollar: Xordi, 24, Ocica, 66 - Yorgensen, 61, Bolanos, 78, Santin, 90+5.

Panathinaikos (Yunanıstan) - Motherwell (Şotlandiya) - 3:0 (2:0)
Qollar: Kristodolopulos, 50, Mavrias, 75, Sissoko, 83.

Dinamo (Zaqreb, Xorvatiya) - Şerif (Moldova) - 4:0 (1:0)
Qollar: Vida, 16, Beqiray, 34, Çop, 78, İbanes, 87.

Partizan (Serbiya) - AEL Limassol (Kipr) - 0:1 (0:1)