“İnter” Almaniya komandası ilə qarşılaşacaq

-inter-almaniya-komandasi-ile-qarsilasacaq
Oxunma sayı: 668

Azerisport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin yetirmələri Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Karlsrue" komandasıyla qarşılaşacaq.

Yoldaşlıq matçı Bakı vaxtıyla saat 18:00-da baş tutacaq. Qeyd edək ki, norveçli baş məşqçi Yorn Andersinin komandası 1909-cu ildə Almaniya çempionu, 1955-1956-cı illərdə ölkə kubokunun sahibi, 1996-cı ildə İntertoto kubokunun qalibi və 1995-ci ildə İntertoto turnirinin finalçısı olub.

Yoxlama oyunu
19 yanvar

18:00. İnter - Karlsrue